Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
Şöbə üzrə peşəkar komandanın formalaşdırılması və şöbənin ümumi fəaliyyətinin təşkili;
Birləşmə və satınalma (M&A) layihələrinin ilkin və detallı dəyərləndirilməsinə rəhbərlik, səmərəlilik üzrə rəy və nəticələrin təqdim edilməsi;
Hədəf müəssisələr üzrə “due diligence” prosesinin təşkili və nəticələrin təqdim edilməsi;
Aktivlərin kənarlaşması, müştərək müəssisələrin qurulması ilə bağlı uyğun partnyor müəssisə və investorların müəyyən edilməsi;
Səhm alışı/satışı sazişlərinin (share sale/purchase agreement) kommersiya aspektlərinin hazırlanması və qarşı tərəflə müzakirələri.
Requirements :
Vəzifə tələbləri:
Menecment vəzifəsində ən azı 3 il iş təcrübəsi;
İnvestisiya təhlili istiqaməti üzrə mütəxəssis kategoriyada 5 il iş təcrübəsinə malik olmalı;
Biznes, İqtisad və Maliyyə üzrə ali təhsil;
İnvestisiya modelləşməsi və tranzaksiyaların icrası üzrə bilik və təcrübəyə malik olmalı;
İş məsuliyyəti, təşəbbüskarlıq və analitik keyfiyyətlərə malik olmalı;
Azərbaycan və ingilis dili bilikləri;
Neft və qaz sektoru üzrə iş təcrübəsi üstünlükdür;
ACCA, CIMA, CFA sertifikatları üstünlükdür.